Nazilədən etiraz: "Şəhidin baldızı ödənişsiz xınayaxdı istəyir, belə şey olar?!"
Yusif Sultanoğlu
08:15 09.07.2021
Şou
1683
“Sosial şəbəkələrə nəzər yetirirəm, bir gün hamı xoş sözlər yazır, təəccüblənirəm. Növbəti gün sanki o insanların yerinə “moşenniklər”, yaltaqlar, ikiüzlülər, başqalarının heyfini məndən çıxanlar gəlir”.
“Sherg.az” xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli söyləyib. O, İnstaqram səhifəsində açıqlama yayıb və bir neçə məsələ haqda danışıb:
“Mesaj yazıb, xınayaxdı məclislərinə dəvət edirlər. Mən də təklifləri dəyərləndirirəm. Çünki İnstaqram profilimi iş üçün açmışam. Yeniyetmə qız deyiləm ki, burada özümə sevgili axtarım. İşimlə əlaqəli təklifləri cavablandırmalıyam. Yazırlar, əlaqə nömrəmi göndərirəm, sonra “konsert” başlayır. Deyir, uşağım, atam xəstədir. Yaxın zamanda da yeni mövzu çıxıb. Məsələn, söyləyirlər ki, şəhid ailəsiyik, məclisə neçəyə gələrsiniz? Bu, şahmatvari gedişdir, artıq alışmışıq. Əgər şəhidin bacısı, övladı, anası, xanımı yazsa ki, toyumuz var, nə qədərə gələrsiniz, təmənnasız gedərəm. Amma şəhidin baldızı ödənişsiz xidmət istəyir. Belə şey olar?! Bəsdirin də!Şəhidin baldızı, sənin bacın xınayaxdı məclisinə gələ biləcək? Yox. Axı həyat yoldaşının ili çıxmayıb. Bacına nə hörmət qoyursan?! O qara yaylıqda , sən əli xınalı? Biz şəhidlərin ayağının altda bir ovuc torpağıq. Şəhid ailələrindən kim zəng etsə, əlbəttə təmənnasız iştirak edərik. Tək mən deyil, bütün şou nümayəndələri bu addımı atar”.
N.Səfərli ondan müxtəlif yardımlar istənildiyini də söyləyib:
“Biri zəng edib ki, uşağım xəstədir, həkimə aparmaq lazımdır. O uşağı dünyaya gətirəndə məndən soruşmusan? Mən kiməm? Öz evimdə xəstələr var, şikayət etməmişəm. Eşitmisiz ki, deyim evimdə xəstə var, kömək edin? Hamı kimi iki il işləmədim. Bir dəfə də dilə gətirmədim, nəsə satıram demədim. Fikirləşəcəksiniz varındır xərcləmisən. Xeyir! İnsanın qüruru olur. Acından ölərəm, soğanla çörək yeyərəm, amma minnət götürmərəm. Bəlkə də mənim mövqeyim, yanaşmam fərqlidir. Lakin insan qardaşından pul istəmədiyi halda, siz yadlardan necə istəyirsinzi? Hansı vəzifədəyəm? Nə ixtiyarım var ki, nəyəsə qarışım?Heç kiməm!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
18:27 12.03.2026
Dünya
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani
18:03 12.03.2026
Dünya
Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei
17:56 12.03.2026
Dünya
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət
Kris Rayt: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyəcək
17:12 12.03.2026
Gündəm
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm
Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur - Ekspert
16:22 12.03.2026
Gündəm
Teleqram hətta VPN vasitəsilə də işləməyəcək
16:09 12.03.2026
Texnologiya
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
15:58 12.03.2026
Ölkə