Nazilədən Şəhidin keçmiş nişanlısına:"Qapına ikinci elçi gələndə..."
Yusif Sultanoğlu
12:52 06.07.2021
Şou
673
“Günlərdir şəhidin nişanlısının başqası ilə evlənməsi müzakirə olunur. Burda haqlı və haqsız tərəflər də var. Məsələn, İkinci Dünya müharibəsində xeyli sayda qadın dul qaldı. Onlardan qara yaylığı açmayan, qardaş yolu gözləyən, ömrünün sona qədər təkar evlənməyən xanımlar var idi. Hətta dərddən siqarət belə çəkirdilər. Kimsə bir söz demirdi. Çünki dərdlərini anlayırdılar”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram hesabında paylaşdığı videoda şairə Nazilə Səfərli söyləyib. O, fikirlərinə bunları da əlavə edib:
“Burda rezonans doğuran şəhidin ilinin çıxmamasıdır. Şəhid elin, xalqındır. Sən bir şəhid nişanlısı olduğun üçün qürur duya bilməmisən. Amma eldən ayıb idi. Bu üzdən gözləmək lazım idi. Şəhidlərimizin də nişanlıları, xanımları nə vaxtsa yenidən ailə qura bilər. Təbii ki bu istəyə bağlıdır. Həm dinimiz də buna icazə verir. Həddən artıq sevənlər isə uzun illər yaş üstə yaş gətirəcək, yenidən evlənməyəcək. Həmin qız isə heç düzgün etmədi. Üzündə elə ironiya, ismarış var, sanki böyük bir iş görmüsən. Atan-anan hara baxır?
Qapına ikinci elçi gələndə gedib birinci qaynanandan icazə, hallalıq almalı idin. Zatən şəhid anasının sinəsinə bir dağ basılıb, ikincini də sən basmamalı idin. İcazə alsan, bəlkə də halallıq verərdi.
Səninlə evlənən oğlan burada canı sağlam olanda, köhnə nişanlın gedib şəhid olub. Bu ədalət deyil. Sən anlamasan da, o başa düşməli idi. Şəhid analarının sinəsinə dağ çəkmək olmaz. Onların ayağının tozu olmalıyıq. Sən neynirsən hələ mahnı oxuyub video da çəkirsən. Hansı gününə?!”
Qeyd edək ki, şəhid Fərruz Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olub. Sosial şəbəkələrdə şəhdiimizin 4 illik nişanlısının yenidən ailə həyatı qurmağa hazırlaşması ilə bağlı xəbərlər yayılıb. Bu məsələ cəmiyyətdə qəzəb doğurub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə