Qalmaqal! Roza Afətə “həşarat” deyib? – Söz dueli
Yusif Sultanoğlu
09:27 09.07.2021
Şou
755
Efirdə müğənnilər Afət Fərmanqızı və Roza Zərgərli arasında qalmaqal yaşanıb. “Xəbər Ətər” proqramında qonaq olan A.Fərmanqızı R.Zərgərlinin Elariz yolu oxuduğunu, onun bir toyu başdan sonadək aparmadığını, yarım saat çıxış etdiyini söyləyib.
Aparıcı Zümrüd Bədəlova R.Zərgərlini telefon bağlantısı ilə efirə qoşub.
“Sherg.az” xəbər verir ki, iki sənətçinin “toy davası” keçmiş məsələlərə qədər gedib çıxıb. R.Zərgərli bunları söyləyib:
“Elariz Məmmədoğlu Azərbaycanda olmasa da, gözəl ifaçıdır. Afət, Gəncədə Samir Piriyevlə toy idarə etdim, sən, Təranə Qumral, Musa Musayev yarım saat oxudunuz. Samirdən də soruşa bilərsiniz”.
A.Fərmanqızı həmkarına etiraz edərək məsələnin belə olmadığını bildirib:
“Siz toyu aparmadınız. T.Qumralla M.Musayev idarə edirdi. Elə S.Priyev də 30 dəqiqəlik oxumaq üçün çağırılımışdı. Hətta xınayaxdı məclisini də R.Zərgərliyə həvalə etmək istəyirdilər. Sonra fikirlərini dəyişib məni dəvət etdilər”.
R.Zərgərli sözünün kəsilməsinə qəzəblənib. Xınayaxdıya əvvəldən özünün çağırılmadığını deyib. O, sonra A.Fərmanqızının ötənlərdə onun haqda çəkib paylaşdığı vidoedan danışıb:
“Keçən dəfə İnstaqramda video paylaşmısan. Sənin efirdə qonaq olmağından da xəbərsiz idim. Xahiş edirəm bir-bir danışaq. Mən telefondayam siz verilişdəsiniz. Fikrimi tamamlayım. Biz Flora Kərimovaya görə çəkişdik. Orda bir səbəb yox idi. Çünki mən dedim ki Afət yaxşı, mülayim qızdır. Bir işdir oldu. Flora xanımı görəndə qucaqlayar, barışar məsələ bağlanar”.
A.Fərmanqızı isə R.Zərgərlinin elə söyləmədiyini, onu təhqir etdiyini, “həşarat” dediyini xüsusi vurğulayıb:
“Axı sizin videonuz sosial şəbəkələrədə var. “Həşərat” demisiniz. Zümrüd xanım, siz də sualı düzgün ünvanlayın ki, iki xanım dalaşır, sən nə gəzirsən orda? O elə fikirləşdi ki, keçən dəfəki söhbətə görə zəng etmisiniz. On gündür Roza xanımın həmin videosu yayılıb. Mən də cavab vermirdim. Deyirdilər ki, sizin R.Zərgərli ilə nə probleminiz var? Gözləyirdim ki, Roza xanım açıqlama yaysın ki, köhnə videodur. O, danışmadı, mən məsələyə aydınlıq gətirdim”.
R.Zərgərli hiddətlənərək danışığı yarımçıq dayandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
18:27 12.03.2026
Dünya
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani
18:03 12.03.2026
Dünya
Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei
17:56 12.03.2026
Dünya
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət
Kris Rayt: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyəcək
17:12 12.03.2026
Gündəm
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm
Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur - Ekspert
16:22 12.03.2026
Gündəm
Teleqram hətta VPN vasitəsilə də işləməyəcək
16:09 12.03.2026
Texnologiya
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
15:58 12.03.2026
Ölkə
Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel
15:49 12.03.2026
Gündəm