Səmra Rəhimlinin klipində zərərli vərdişlər təbliğ olunur
Yusif Sultanoğlu
07:12 10.07.2021
Şou
607
İctimaiyyət məsələyə böyük etirazını bildirməlidir
"Hərtərəfli psixoloji tərbiyə altında olan gənclər musiqidən narkotik vasitələrə aludəçiliyi, həyatı meşşan formada keçirməyi öyrənirlər"
Müğənni, “Eurovison 2016” təmsilçimiz Səmra Rəhimli “AZN” adlı yeni klipini yayımlayıb. Lakin ifaçının klipi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Onun ekran işindəki açıq-saçıq görüntülər, narkotikdən istifadəyə dair məqamlar diqqət çəkib.
Həmçinin Səmra klipdə tanınmış şair Mirzə Ələkbər Sabirin fotosundan da istifadə edib. Sənətçinin açıq-saçıq geyimdə şairin tablosunun yanında dayanması müzakirələrə səbəb olub. Bu, M.Ə.Sabirə qarşı hörmətsizlik kimi qəbul edilib.
Mövzu haqda “Şərq”ə danışan yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, klipdə zərərli vərdişlər təbliğ olunub:
“Guya qiymətli daş-qaş göstərilir. Lakin son vaxtlar elliklə mübarizə apardığımız “patı”, “şüşə” kimi narkotik vasitələrin birbaşa reklamı gedir. Qrup şəklində qızların, oğlanların yarıçılpaq rəqsi yer alır. Həmin mahnıya da əsasən yeniyetmələr, gənclər qulaq asır. Bu mesajın verilməsini zərərli bir hal kimi qiymətləndirirəm. İctimaiyyət məsələyə böyük etirazını bildirməlidir. Mirzə Ələkbər Sabirin fotosu daha mədəni formada göstərilə bilərdi. Amma sintetik narkotik vasitələrin obrazlı nümayişini, digər zərərli halların təbliğini başa düşmək olmur.
Bu, Amerika və Avropa cəmiyyəti üçün məqbul sayıla bilərdi. Azərbaycan kimi oturuşmuş, kövrək ictimai, psixoloji duruma malik, savadsızlığın baş alıb getdiyi toplum üçün belə kliplərin nümayişi mənfi haldır. “YouTube” platformasından uşaqdan-böyüyə hər kəs istifadə edir. Məsələn, uşaq bir çizgi filmi izləyəndə, həmin klipi də görə bilər. Onun alt şüuruna, psixologiyasına uyuşdurucular, narkotik vasitələr, dələduzluq kimi vərdişlər yazılacaq. Biz cəmiyyəti, gənclərimizi hara aparırıq? Ona görə etiraz etməliyik”.
Ekspert bu kimi hallarla bağlı əxlaq, mənəviyyat və mədəniyyət komissiyasının yaradılmasına ehtiyac olduğunu söyləyib:
“Belə məsələlərə vaxtında və kəskin reaksiya verilməldir. Xanım istəyirsə, erotik, pornoqrafik klip də çəkdirə bilər. Dünya ulduzlarının iki variantda klipləri hazırlanır. Birinci, insanların ailəlikcə baxa biləcəyi formada, ikinci isə erotik, pornoqrafik elementlərdən istifadə etməklə. Lakin ikinci növ kliplər şəxsiyyət vəsiqəsi istənilən platformalarda yayımlanır. Çox az adam onları izləyə bilir. Bizdə isə istədiklərini çəkib saytlarda və “YouTube” kanallarında yerləşdirirlər. Təəssüf ki, ciddi saytlarda da sözügedən klipi yayımladılar. Cəmiyyətimizdə belə işlər görmək olmaz. Hərtərəfli psixoloji tərbiyə altında olan gənclər musiqidən narkotik vasitələrə aludəçiliyi, həyatı meşşan formada keçirməyi öyrənirlər. Bunun da axırı yaxşı qurtarmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
18:27 12.03.2026
Dünya
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani
18:03 12.03.2026
Dünya
Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei
17:56 12.03.2026
Dünya
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət
Kris Rayt: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyəcək
17:12 12.03.2026
Gündəm
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm
Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur - Ekspert
16:22 12.03.2026
Gündəm
Teleqram hətta VPN vasitəsilə də işləməyəcək
16:09 12.03.2026
Texnologiya
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
15:58 12.03.2026
Ölkə