"Rəsulzadənin ev muzeyi" ictimai məzmun alıb"-Tarixçi-alim


Firdovsiyyə Əhmədova:"Bu muzeyin yaradılmasını istəyənlər eyni adlı səhifəyə qoşulmaqla dəstək ola bilərlər"




"Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyinin yaradılması üçün təşəbbüs qrupunun fəaliyyəti artıq ictimai məzmun alıb".

"Sherg.az"ın xəbərinə görə, bu barədə tarixçi-alim, muzeylə bağlı ictimai qrupun üzvü Firdovsiyyə Əhmədova Feysbuk profilində yazıb.

Tarixçi paylaşdığı statusda "M.Ə.Rəsulzadənin ev muzeyi" adlı Feysbuk səhifəsinə sosial şəbəkədə daha çox dəstək verilməsini istəyib: 

"2020-ci il Azərbaycan Cumhuriyyetinin 100 illiyi tədbirlərinin davam edəcəyi ildir. İlin ən yaxın möhtəşəm tarixi Azərbaycan Cumhuriyyətinin beynəlxalq səviyyədə tanınmasının 100 illiyidir. 
Yubiley tədbirlər çərçivəsində çox istəklərimiz va idi, amma reallaşması baş tutmadı. Real iş görmək üçün fəallığımızı artırmalıyıq. Rəsulzadənin Ev muzeyinin yaradılmasını istəyənlər eyni adlı səhifəyə qoşulmaqla dəstək ola bilərlər. Özünüz qoşulmaqla yanaşı, yoldaşlarınıza da müraciət edin. Bir vətəndaş olaraq mövqeyimizi bildirməklə nəticəni şərtləndirə bilərik".