Azərbaycanın məşhur milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkan qəsəbəsində yerləşən evi.
1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb. Yerli əhalinin xahişi əsasında Nəriman Nərimanovun göstərişi ilə milyonçuya yaşamaq üçün mülk seçmək imkanı verilib. O, Mərdəkandakı ata evini seçib. Ömrünün son illərini bu evdə keçirib. Tağıyev 1924-cü ilin sentyabrın 1-də həmin evdə vəfat edib.
Bu foto Hacı Zeynalabdin Tağıyev həyatının son illərində Mərdakandakı bağ evində çəkilib. Hacı qızı və onun uşaqlarının əhatəsindədir. Yanında qızı Leyla xanımdır. Atasının ölümündən bir az əvvəl öz ailəsi ilə birlikdə Türkiyəyə köçür.