“Azərbaycan Xalq Cümhuriyyətinin hər ildönümü bayram olmalıdır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Türkiyədə yaşayan tanınmış professor Qafar Çaxmaqlı deyib.
Alim bildirib ki, bugünki həyatımıza və müstəqilliyimizə görə Azərbaycan Xalq Cümhuriyyətinə minnətdar olmalıyıq:
“Azərbaycan Respublikası Cümhuriyyətin varisidir. Bu, bizə imkan verir ki, Ermənistanla aparılan danışıqlarda varislik haqqından yararlanıb sonradan Ermənistana verilmiş ərazilərimizi tələb edək. 1918- ci ildə baş verən siyasi prosesləri öyrənmək bizə imkan verəcək ki, o zaman elan olunan Ermənistan adlı dövlət Azərbaycanla konfederativ əsaslarla birləşmək təşəbbüsü göstərib. Tarixi şərait Ermənistan adlı dövlətin ortaya çıxmasına zəmin yaratsa da, onun varlığı yenə bizdən asılı olub. Xoş niyyət göstərib onu tanımışıq. Amma ermənilər nankorluq ediblər. Buna baxmayaraq, onlar indi də bizə möhtacdır. Cümhuriyyətimizin yeni ildönümünü bayram edərkən tarixi gerçəkləri unutmamalıyıq. Cümhuriyyət xadimlərinin ruhu qarşısında baş əyməliyik”.