
“31 Mart soyqırımı erməni kilsəsinin strateji plan idi”
Yusif Nəzərli
18:24 29.03.2023
Tarix
1338
"1905,1906 və 1918-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqrımının birbaşa ideya müəllifi Lenin idi"
Bunu "Sherg.az"a açıqlamasında AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev 31 mart azərbaycanlıların soyqrımı günündan danışarkən deyib.
O bildirib ki, Leninlə Şaumyan arasındakı yazışmalara diqqət yetirsək, görərik ki, o məktublarında törədilən hadisələrə dəstək verdiyini qeyd edib:

"Eyni zamanda həmin dövrdə Leninin əmri ilə edilən maliyə yardımı Xəzər dənizi vasitəsilə Şaumyanın rəhbərlik etdiyi daşnak dəstələrinə təhvil verilmişdi. Digər tərəfdən 1919-cu ildə yaradılmış Fövqəladə Təhqiqat və İstintaq Komitəsi də sübut etdi ki, uzun illər Rusiya və İrandan gələn silah-sursat Bakıda yerləşən erməni kilsəsində saxlanılıb. Hadisələrə az qalmış isə bu sursat ermənilərə paylanıldı. Ümumiyyətlə, fəhlə-kəndli hökuməti ideyası altında azərbaycanlıların başını aldadan bolşeviklər olub. Əslində 1812-ci ildə ermənilərin Azərbaycana köçürülməsi, onların Türkmənçay, Gülüstan müqaviləsinin ardından azərbaycanlıları sıxışdıraraq "Böyük Ermənistan" qurmaq ideyalarının səbəbkarı idi. Bu ideyanın və qətliamın arxasında isə erməni kilsəsi dayanırdı. Kilsənin bu günədək saxlanılan əl yazmalarında türkləri necə öldürsələr, cənnətə düşə bilərlər sənədi var".
Professorun sözlərinə görə, azərbaycanlılara qarşı törədilmiş bütün vəhşiliklərə baxsaq, qətlə yetirilən Azərbaycan türklərinin eyni sistemlə öldürüldüklərini görərik:
"Çünki bu öldürmə üsulu erməni kilsəsi tərəfindən ortaya atılmış strateji plan idi. Yəni əgər sən azərbaycanlıların başını kəssən, uşaqların gözünü çıxartsan və böyük vəhşiliklər törədsən. cənnətə gedəcəksən. Hətta soyqrımı zamanı ermənilər azərbaycanlıları yahudiləri öldürməkdə ittiham etməyə çalışırdılar. Buna görə də ermənilər Qubada öz toplarını yahudilər yaşayan ərazidə qurmuşdu. Məqsəd isə bizim tərəfimizdən atılan güllələrin yahudilərə dəyməsi idi. Bununla da onlar hadisəyə don geyindirərək yahudiləri xilas etməyə gəlmişik demək istəyirdi. Lakin bu baş tutmadı. Qubada aşkarlanan kütləvi məzarlıqdan aydın oldu ki, ermənilər özləri yahudiləri qətlə yetirib. Bu soyqrımı əslində təkcə Azərbaycanda yaşayan türklərə yox, ölkədə yaşayan 3 mindən artıq xalqın nümayəndələrinə xalqlara qarşı olub. Hətta onların içində xristian və yəhudilər də var idi. Ümumiyyətlə bu vəhşilik Azərbaycanda başqa millətlərin yaşamasını istəməyən və torpaqlarımız işğal etməyə çalışan ermənilərin siyasətidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat