Kennedi sui-qəsdində yalan düyünü: Mərkəzi Kəşfiyyat İdarəsi qatili tanıyırmış
11:24 16.07.2025
Tarix
898
Yeni yayımlanan CIA sənədləri, Lee Harvi Osvaldın Kennediyə edilən sui-qəsddən aylar əvvəl agentliyin nəzarətində olduğunu ortaya çıxarıb. Bu ehtimal illərdir irəli sürülən “CIA-nin Osvald haqqında məlumatı yox idi” iddiasını təkzib edir.
Sherg.az xəbər verir ki, ABŞ-nin kəşfiyyat qurumu olan CIA, ABŞ Prezidenti Con F. Kennediyə sui-qəsd törədən Li Harvi Osvaldın 1963-cü ildəki sui-qəsddən aylar əvvəl artıq agentliyin diqqət mərkəzində olduğunu göstərən yeni sənədlər yayımlayıb.
Bu, Kennedi sui-qəsdindən indiyə qədər ilk dəfə təsdiqlənən və CIA-nin illərlə davam etdirdiyi “Osvald haqqında kifayət qədər məlumatımız yox idi” iddiasını təkzib edən mühüm bir hadisədir.
Sənədlər ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinə bağlı “Federal Sirlər üzrə İşçi Qrupu”nun bu ayın əvvəlində üzə çıxardığı 40 sənəddən ibarət paketdə yer alır. Açıqlama, CIA-nin uzun illərdir müdafiə etdiyi rəsmi rəvayəti sarsıdaraq, daha geniş miqyaslı ört-basdır ehtimalını yenidən gündəmə gətirib.
Sənədlərdə qeyd olunur ki, CIA əməkdaşı Corc Joannides Kennedinin öldürülməsindən aylar əvvəl ABŞ-də Fidel Kastroya qarşı fəaliyyət göstərən antikommunist Kuba tələbə qruplarına sızma səylərinə rəhbərlik edib.
Joannides, Kastroya qarşı təbliğat yaymaq və Kastro tərəfdarlarını zəiflətmək məqsədilə gizli əməliyyatlar aparıb. Bu əməliyyat çərçivəsində “DRE” adı ilə tanınan Kuba tələbə qrupunun maliyyələşdirilməsi və yönləndirilməsi də həyata keçirilib.
Həmin qrupun üzvlərinin Kennedi sui-qəsdindən üç ay əvvəl ABŞ-nin Kastroya yaxın siyasətini açıq şəkildə müdafiə edən Osvaldla mübahisə etdikləri qeyd olunub.
Yeni yayımlanan JFK sənədlərini araşdıran Nümayəndələr Palatası komitəsinin rəhbəri Anna Paulina Luna “Vaşinqton Post” qəzetinə göndərdiyi e-poçtda bildirib: “Bu sənədlər cəmiyyətin uzun illərdir şübhələndiyini təsdiqləyir: CIA Amerika xalqına yalan danışıb və ortada bir ört-basdır var idi”.
Yeni sənədlər Kennedi sui-qəsdi ilə bağlı birbaşa yeni məlumat vermir və Osvaldın təkbaşına hərəkət edib-etmədiyini də aydınlaşdırmır.
Mart ayında Tramp administrasiyası Kennedi sui-qəsdinə dair minlərlə gizli sənədi yayımlamışdı. Tramp prezidentliyinin üçüncü günündə “Con F. Kennediyə qarşı sui-qəsdə dair bütün sənədlər tam və əhatəli şəkildə açıqlansın” əmrini vermişdi. Tədqiqatçılar təxminən 3 min 500 sənədin ilk dəfə ictimaiyyətə təqdim ediləcəyini gözləyirdi.
Buna baxmayaraq, mütəxəssislər bu addımı ümidverici bir başlanğıc kimi dəyərləndirsələr də, sənədlərin üçdə ikisinin və son vaxtlar aşkarlanan FBI sənədlərinin hələ də yayımlanmadığını bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin deputatı İranda səfərdədir
17:14 24.07.2026
Gündəm
Oğlu şəhid olan ana qızına həyat verdi
17:09 24.07.2026
Cəmiyyət
"İran müharibəsi hər şeyi dəyişəcək" - Etibar Məmmədov
17:04 24.07.2026
Müsahibə
Ağdamda keçmiş təmas xəttində yanğın davam edir - FOTO
16:45 24.07.2026
Hadisə
Banqladeş prezidenti istefa verdi
15:49 24.07.2026
Gündəm
"Trampa qarşı təhdid realdır, amma..." - ŞƏRH
15:35 24.07.2026
Gündəm
Putinə ilk dəfə modernləşdirilmiş Yak-130M nümayiş etdirildi
15:16 24.07.2026
Dünya
QHT-nin növbəti görüşü Xaçmaz bələdiyyəsində olub
14:57 24.07.2026
Ölkə
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
14:49 24.07.2026
Ekologiya
Amnistiya Təşkilatı Netanyahunun həbsinə çağırdı
14:43 24.07.2026
Dünya
Xocalı və Ağdərə rayonlarına növbəti köç olub
14:38 24.07.2026
Sosial
Tiflisə getmək istəyənlərə sevindirici xəbər
14:23 24.07.2026
İnfrastruktur
Azərbaycan Türkiyəyə yeni səfir təyin edib
13:51 24.07.2026
Gündəm
CHP parlamentdə 5-ci yerə gerilədi
13:37 24.07.2026
Siyasət
Tacir Şahmalıoğlu Bakıdan Ağdama köçür
13:03 24.07.2026
Mədəniyyət
Yəmən tarixində ilk: Qadın XİN başçısı seçildi
12:59 24.07.2026
Dünya