Ölkələrimizin tarixi irsi birgə araşdırılacaq
Yusif Nəzərli
21:30 27.04.2022
Tarix
968
Azərbaycan və gürcü alimləri əməkdaşlıq edəcək
“Azərbaycanla Gürcüstanın birgə tarixi irsinin araşdırılması üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.
Bu sözləri Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, bunu vaxtından əvvəl elan etmək istəmirik. Ancaq çox maraqlı işlər və tədqiqatlar var. Hesab edirik ki, onların ərsəyə gəlməsi Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 30 illiyinə töhfə verəcək.
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Şərq”ə açıqlamasında iki qonşu dövlət arasında həyata keçiriləcək layihənin son dərəcə əhəmiyyətli olduğunu deyib:
“Azərbaycan və Gürcüstan dost, strateji müttəfiq ölkələrdir. Bizim münasibətlərimizin kökləri təbiidir. Bu köklər mehriban qonşuluq, ümumi maraqlar və ortaq tale ilə bağlıdır. Azərbaycan və Gürcüstan alimləri arasında çox geniş əlaqələr var. Bu əlaqələrin daha da genişləndirilməsində fayda görürəm. Alimlərimiz birgə layihələr işləyə bilər. Bunun üçün potensial var. Hesab edirəm ki, bir sıra kitabların birgə yazılmasında Azərbaycan və gürcü alimləri əməkdaşlıq edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya