RƏZALƏT!- Konyak butulkasına Nizami və Xətainin fotosu vuruldu: “Ayıb olsun!”
Fidan Həmişəyeva
12:56 16.03.2020
Tarix
3189
Dilavər Əzimli:“Bu işi görənlər millətin bütün şəxsiyyətlərini aşağılamaqla məşğuldurlar. Gəncliyi belə tərbiyə edirik”
“Milli Məclisdə tarixi şəxsiyyətlərlə bağlı qanun qəbul olunmaldır. Onlara qarşı belə hərəkətlərə yol verənlərə ciddi cəza tətbiq edilməlidir”
Dahi şəxsiyyətimiz Nizami Gəncəvi və Şah İsmayıl Xətainin adını konyak üzərinə vuraraq satışa çıxarıblar. “Tovuz Konyakı” adlı şirkətin içkinin üzərinə dahi şəxsiyyətlərimizin adını yazmağı azmış kimi şəkillərini də vurublar. Satışa çıxarılan konyaklar sosial şəbəkələrdə ciddi qınaqlara tuş gəlib. İstifadəçilər baş verənləri xalqımıza, tariximizə vurulan zərbə və hörmətsizlik kimi dəyərləndiriblər.
Mövcud vəziyyətə dair fikirlərini “Sherg.az”la bölüşən tarixçi-alim Dilavər Əzimli bildirib ki, bütün bunlar adı çəkilən şəxsiyyətlərimizə, eyni zamanda millətin tarixinə və onun imicinə böyük zərbədir:
“Belə adamların abır-həyası yoxdur. Əvvala, Nizami Gəncəvi bir şeyx idi. Ona Şeyx Nizami deyirdilər. Həmişə dilində Allah, Məhəmməd (s.ə.s) və Əli (ə) səslənirdi. İndi onun şəklini konyakın üzərinə vururuq. Nizamiyə dünyanın bütün din xadimləri baş əyirdi. Amma bu işi görənlər millətin bütün şəxsiyyətlərini aşağılamaqla məşğuldurlar. Şah İsmayıl Xətai təriqət piri idi. Bir təriqət pirini təhqir etmək nə deməkdir? Xətai bütöv Azərbaycan dövlətini yaratdı, bizə onu qorumağı vəsiyyət etdi.
Dövləti böyüdüb, tarixi ərazilərini bərpa etmək əvəzinə, konyakın üzərinə şəklini vururuq. Gəncliyi belə tərbiyə edirik. Təsəvvür edin ki, konyakı içib, şüşəsini zibilliyə atırlar. Onda böyük Nizaminin, Xətainin şəkillərini zibilliklərdə axtarmalıyıq. Ayıb olsun! Bunu edənlərə ayrı sözüm yoxdur. Qoy onlarla əlaqədar təşkilatlar məşğul olsunlar. Belə insanlarda cəmiyyətimizdə yer olmamalıdır. Millətin əxlaqını pozan adamlar millət qarşısında cavab verməlidirlər. Cəzalanma olmasa, bu insanların ağlı başına gəlməyəcək”.
Tarixçi bildirib ki, Milli Məclisdə tarixi şəxsiyyətlərlə bağlı qanun qəbul olunmaldır:
“Onlara qarşı belə hərəkətlərə yol verənlərə ciddi cəza tətbiq edilməlidir. Onda ağılları başlarına gələr. Bir də insanların özündə milli hiss olmalıdr. Bir gürcü, bir erməni bunu edərmi? Niyə onlarda belə hallar baş vermir? Məni ağrıdan da məhz budur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya