Sumqayıt hadisələri: Ermənilər təxribat üçün bu şəhəri xüsusi olaraq seçmişdilər
Turan
09:45 22.11.2019
Tarix
847
“Sumqayıtın iğtişaş törədilməsi yeri kimi seçilməsi ciddi düşünülmüşdü və bir sıra səbəbləri var idi”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, tarixçi-alim Musa Qasımlı deyib.
Deputat bildirib ki, hadisənin icraçıları bu iğtişaşa qədər cinayət əməlləri üstündə bir neçə dəfə həbsxanada yatmış Eduard Robertoviç Qriqoryan və digər bir erməni idi:
“Sumqayıtda iğtişaş ağrılı bir hadisə idi. Amma soruşulur: hadisə nə üçün Azərbaycanın digər bir şəhərində deyil, məhz Sumqayıtda törədildi? Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına başladığı ilk günlərdən bu respublika ərazisində yaşayan azərbaycanlılar tarixən yaşadıqları dədə-baba torpaqlarından kütləvi surətdə qovulurdular. Azərbaycandakı ermənilər isə rahat bir şəkildə yaşayır və işləyirdilər. Ağdam-Əsgəran yolunda 1988-ci ilin yanvar ayında iki azərbaycanlı gəncin-Əli və Bəxtiyarın öldürülməsi də azərbaycanlılara ağır təsir etmişdi. Onlar münaqişənin ilk qurbanları idi. Sumqayıt sosial-iqtisadi baxımdan respublikanın digər şəhərlərinə nisbətən çətin və mürəkkəb bir yer idi. Respublikanın demək olar, hər bir yerindən Sumqayıtda adamların məskunlaşması da şəraiti mürəkkəbləşdirirdi. Müxtəlif illərdə cinayətlər törətmiş bir çox məhkumlar cəzalarını çəkdikdən sonra şəhərdə məskunlaşmışdılar. Cinayətkar elementlərin hadisələrdə iştirak etməsi onu göstərir ki, Sumqayıt şəhəri iğtişaşın törədilməsi üçün təsadüfü seçilməmişdi. Bütün bunlar hadisənin təşkilatçılarının iğtişaşın gerçək izinin itirilməsi barədə dərindən düşündüklərini söyləməyə imkan verir”.
Tarixçi bəyan edib ki, iğtişaş Ermənistanın təxribatının nəticəsi idi:
“Hadisə ilə əlaqədar olaraq başladılmış cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçmişdilər. Hələ XIX əsrin sonlarında və XX əsrdə erməni təşkilatlarının fəaliyyətinə dair arxiv materialları təkzibedilməz şəkildə sübut edir ki, onlar “ümumi erməni işi” üçün pul toplamaq üçün kassa dəftərləri hazırlamış, vəsait ödəməyən ermənilərə qarşı daim amansız olmuş və onları qəddarlıqla qətlə yetirmişlər. Bununla bağlı olaraq yüzlərlə ən mötəbər mənbəni misal göstərmək olar. Sumqayıtda da E.Qriqoryanın dəstəsinin öldürdükləri ermənilər erməni təşkilatlarına pul ödəməyən şəxslər idi. İğtişaşın təşkilatçılarına məlum olan həmin şəxslərin adları, soyadları və ünvanları əvvəlcədən icraçılara verilmişdı. Sumqayıt hadisəsi zamanı öldürülən ermənilərə Stepanakertdə tələm-tələsik abidə qoyulması da təxribatın ermənilər tərəfindən düşünülmüş şəkildə deməyə əsas yaradır”.
M.Qasımlının sözlərinə görə, iğtişaşı törətməkdə məqsəd respublikanı təzyiq altında saxlamaq, hökmləri qəbul etdirmək idi:
“İğtişaş Ermənistan rəhbərliyinə daha geniş anti-Azərbaycan kampaniyasına başlamaq, Azərbaycana qarşı təcavüz siyasətinə bəraət qazanmaq və saxtakarlıqla azərbaycanlıların “vəhşi” obrazını yaratmaq üçün bir təbliğat vasitəsi kimi lazım idi. Sumqayıt hadisəsinə qısa nəzər yetirmək bir sıra məsələlərin həllini zəruri edir. İndiyədək bu hadisə əsl hüquqi-siyasi qiymətini almadığından ona baxılmasında və müvafiq qərarların qəbul edilməsində fayda var. Hadisəyə dair ən məxfi sənədlərin üzə çıxarılıb çap edilməsi xeyirli olardı. Gənclərimizin Sumqayıt hadisəsi ilə əlaqədar olaraq olaraq sosial şəbəkələrdə fəal olmalarına ehtiyac duyulur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya