Qəbul imtahanının ikinci cəhdinə qeydiyyat iyunun 5-dən 25-dək aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanının ikinci mərhələsi iki dəfə keçirilir. İmtahanın birinci cəhdində qeydiyyatdan keçə bilməyənlər və ya hər hansı səbəbdən iştirak edə bilməyənlər iyunun 5-dən 25-dək qeydiyyatdan keçə bilər və iyul ayında imtahanlarda iştirak edə bilər.

Sherg.az  xəbər verir ki, bunu DİM-in şöbə müdiri Xanlar Xanlarzadə II və III ixtisas qrupları üzrə qəbul imtahanı ilə əlaqədar keçirilən canlı yayımda söyləyib.