Görünən mənzərə odur ki, qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, proses nəzarətdədir:
"Hazırda baş verənlərin təkrarlanmaması üçün valideynlər öz övladlarını vaxtında düzgün qaydada peyvənd etməlidirlər. Hazırda ümumilikdə təhsil sisteminin distanta keçirilməsi və qapanma olması ilə bağlı gözlənti yoxdur. Amma ayrı-ayrı məktəblərdə və ya siniflərdə yoluxmalar artarsa, lokal qapanma ola bilər".