Nazirlik özəl peşə məktəblərinin yaradılması prosesini təşviq edəcək

"Hazırda ölkəmizdə bir özəl peşə təhsil müəssisəsi fəaliyyət göstərir, növbəti mərhələlərdə biz bu prosesi təşviq edəcəyik".
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, peşə təhsili müəssisələrinin sayının artmasını istəyirlər və bu prosesdə dövlət-özəl tərəfdaşlığına əsaslanan fəaliyyət də nəzərdə tutulub.