"57 yaşlı müəllimin uğurunu qabartmaq yanlışdır"
Yusif Nəzərli
14:44 22.06.2023
Elm və Təhsil
689
"Azərbaycan təhsil cameəsində, cəmiyyətində yaşlı müəllimlərin peşə və bacarıqlarını şübhə altına salan fikirləri çox da eşitməmişəm".
Bunu "Sherg.az"a təhsil eksperti Elmin Nuri 57 yaşlı müəllimin sertifikasiya imtahanından ən yüksək nəticə göstərməsi barədə danışarkən deyib. Onun sözlərinə görə, müəllimlərin yalnız texniki bacarıqlarının zəifliyi ilə bağlı fikir ayrılıqları yaşanıb:
"İştirak etdiyim tədbirlərdə də kompüteri yandırıb, söndürə bilməyən müəllimlər tənqid edilib. Onların məzmun, forma, texniki keyfiyyətləri, yaradıcı və pedaqoji bacarıqları deyil, daha çox texniki savadsızlıqları üzə çıxarılıb. Təhsilverənlərin sertifikatlaşdırılması prosesində 60 yaşlı müəllimlərin iştirak etməməsi təhsil sektorunda çox böyük narazılıqla qarşılandı. Əmlak məcəlləsinin pozuntusu kimi dəyərləndirənlər də oldu. Yaşı 60-65 aralığı müəllimlərin sertifikasiya prosesindən azad olunmasına edilən narazılıq həm də onların bilik və bacarıqlarına göstərilən böyük bir diqqət, hörmətdir. İş o həddə çatdı ki, hətta, təhsil institutunun direktoru fikir irəli sürdü ki, bu yaş aralığında olan müəllimlərin könüllü surətdə müsabiqəyə qatılması barədə qaydalara dəyişiklik ediləcək. Yəqin ki, növbəti həftələrdə onların təhsilverənlərin imtahanda könüllü iştirakına dair informasiya veriləcək. 60-65 yaşlı müəllimləri görməzdən gəlmirik, sıradan çıxarmırıq. Sadəcə əmək qanunvericiliyinin tələblərinin mövcud olduğu bir ölkədə yaşayırıq. 65 yaşına çatan şəxs təqaüdə çıxarılmalıdır. Bu qanun təkcə təhsil sahəsinə aid deyil".
Ekspert diqqətə çatdırıb ki, 57 yaşlı müəllimin də sertifikasiya imtahanından yüksək bal toplamasını nə xüsusi, nə də qeyri-adi hal kimi qiymətləndirir:
"Elə yüksək nəticəni 57 yaşlı müəllim göstərməlidir. Media şüuraltı prosesdir. Biz onun yaşını, uğurunu qabartmaqla "bu yaşda olan müəllimlər uğur qazana bilməz" düşüncəsini şüuraltı şəkildə insanlara ötürürük. Bu, çox yanlışdır. Eyni zamanda jurnalistika və onun peşə prinsipləri adına qəbahətdir".
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində ən yüksək nəticə göstərən müəllimlərin adları məlum olub. Elm və Təhsil Nazirliyindən bildirilib ki, sertifikatlaşdırma prosesinin test mərhələsində Salyanın Salman Cəfərova adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyeva və Salyanın 2 saylı tam orta məktəbinin müəllimi Şahinə Məmmədova 60 bal toplayaraq, günün ən yüksək nəticəsini göstəriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya