687 minimum keçid balı təhsil üçün həyəcan siqnalıdır
14:30 24.08.2024
Elm və Təhsil
559
Digər prestijli universitet və fakültələrdə də vəziyyət aşağı-yuxarı eynidir
Jurnalist Taleh Şahsuvarlı bəzi ixtisaslar üzrə keçid ballarının yüksək olmasından şikayətlənib. O, sosial media hesabındakı paylaşımında qeyd edib ki, 687 minimum keçid balı təhsil üçün həyəcan siqnalıdır:
“Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasına (DS, ingilis dili) qəbul üçün keçid balı 687 ilə 700 arasında olub. Yəni 700 maksimum baldan ən aşağı 687 bal toplayan gənclərimiz bu ixtisasa qəbul olunublar. Digər prestijli universitet və fakültələrdə də vəziyyət aşağı-yuxarı eynidir.
Dostlar, bu göstəricilər heç də sevinməli hal deyil, tam əksinə, Azərbaycan təhsil sistemi üçün həyəcan siqnalıdır. Əvvəla, keçid ballarının bu qədər yüksək olması, şagirdlərin repetitorluğa olan ehtiyacının artdığını və abituriyentlərin daha çox test texnologiyalarına yönəldiyini göstərir. Repetitor bazarının genişlənməsi isə təhsilin yalnız testlərin doğru cavablandırılmasına yönəldiyini və bunun real bilik səviyyəsinin göstəricisi olmadığını açıq şəkildə nümayiş etdirir.
Bu həm də təhsil sistemində ciddi islahatların aparılmasına ehtiyac olduğunu göstərir. Məktəblərdə verilən biliklərin yetərli olmaması və ya repetitorluğun daha effektiv metod sayılması, məktəb təhsilinin keyfiyyəti ilə bağlı suallar doğurur. Təhsilin əsas məqsədi gənclərə düşünməyi, analiz etməyi və problemi həll etməyi öyrətmək olmalıdır. Lakin bu cür yüksək keçid balları, tələbələrin bu bacarıqlar əvəzinə yalnız test həlletmə bacarığına fokuslandığını göstərir”.
T.Şahsuvarlının sözlərinə görə, bu vəziyyət təhsilin dərinliyini və keyfiyyətini artırmaq üçün daha çox diqqət yetirilməsinin zəruriliyini ortaya qoyur: “Təhsil sistemindəki bu cür tendensiyalar uzunmüddətli perspektivdə cəmiyyətin intellektual inkişafına mənfi təsir göstərə bilər. Ona görə də repetitorluq və test texnologiyaları əvəzinə, təhsilin əsas mahiyyətinə - biliklərin real tətbiqi və dərin anlayışın inkişafına daha çox fokuslanmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual
ABŞ Prezidenti: Müharibə bitən kimi yanacaq qiymətləri düşəcək
09:13 01.05.2026
Gündəm