Azərbaycanda bu tələbələrə təqaüd verilməyəcək
07:37 09.03.2020
Elm və Təhsil
537
Kəsiri olan və üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbələrə təqaüdün verilməsi dayandırılacaq. Bundan əlavə bakalavriat və magistratura təhsilinin məzmunu, eləcə də təşkili səlahiyyətləri də Təhsil Nazirliyindən alınaraq Nazirlər Kabinetinə verilib.
"Sherg.az" Xəzər TV-yə istinadla xəbər verir ki, Baş nazir təhsillə bağlı yeni qərar imzalayıb.
Dövlət ali və orta ixtisas təhsil müəssisələri, eləcə də AMEA-nın da magistratura səviyyəsində təhsil alan tələbələr imtahandan kəsildikləri andan onlara təqaüdün verilməsi dayandırılacaq. Öncəki qaydalara əsasən, həmin tələbələr yeni semestr başlayana qədər imatahanı yenidən verib keçə bilirdilərsə, onda təqaüd almağa davam edirdilər.
Ancaq indi onlar bu hüquqdan istifadə edə bilməyəcəklər. Bu barədə danışan təhsil eksperti Elçin Süleymanov bildirir ki, bu cür qərarın verilməsi maliyyələşmə zamanı yaranan problemləri həll etməyə imkan verəcək.
Bundan əlavə üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni dinləmədən imtahan verərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilmir.
Baş nazir bakalavriat və magistratura pilləsində təhsilin təşkili ilə bağlı səlahiyyətləri də Təhsil Nazirliyindən alaraq Nazirlər Kabinetinə verib. Ekspertin sözlərinə görə, bu, ali təhsilə dövlət nəzarətinin daha da güclənməsinə səbəb olacaq. Ancaq bəzi məsələlər Təhsil Nazirliyi və ali məktəblərin özlərinə həvalə edilib.
Onu da qeyd edək ki, indiyədək bu hər iki təhsil pilləsində təhsilin məzmunu və təşkili səlahiyyəti Təhsil Nazirliyində olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil