DİM magistarturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına çağırış edib
10:29 20.11.2024
Elm və Təhsil
677
Dövlət İmtahan Mərkəzi növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrların qeydiyyatını 2025-ci ilin yanvar-fevral aylarında keçirməyi planlaşdırır.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Ötən illərin təcrübəsi göstərir ki, əvvəlki illərdə məzun olan bakalavrlar imtahana qeydiyyat zamanı bəzi hallarda təhsil məlumatlarının “Tələbə-məzun” bazasında olmaması və ya qeyri-dəqiq olması halları ilə rastlaşırlar. Belə olduqda həmin bakalavrlar sistemdə qeydiyyatdan keçə bilmirlər və məlumatların daxil edilməsini təmin etmək üçün vaxt itkisi ilə üzləşirlər. Hətta bəzən qeydiyyat müddətində bunu həyata keçirməyi çatdırmırlar. Bununla bağlı DİM-in elektron poçtuna çoxsaylı müraciətlər daxil olur.
Qeyd olunanları nəzərə alaraq, əvvəlki illərdə məzun olan və qəbul imtahanına vaxtında və uğurla qeydiyyatdan keçmək istəyən bakalavrlara tövsiyə edirik ki, indidən ali təhsil haqqında məlumatlarını MyGov.az portalına daxil olaraq “Təhsil məlumatlarım” bölməsində yoxlasınlar. Təhsil (diplom) haqqında məlumat aşkar olunmadıqda və ya məlumatlarda qeyri-dəqiqlik üzə çıxdıqda bitirdiyiniz ali təhsil müəssisəsinə, ali təhsil müəssisəsi artıq mövcud deyilsə, Elm və Təhsil Nazirliyinə müraciət etmək lazımdır ki, sistemdə müvafiq düzəliş və ya əlavələr edilsin.
Xarici dövlətlərdə təhsilini başa vurmuş Azərbaycan Respublikasının vətəndaşı olan bakalavrlar isə təhsil məlumatlarını https://apply.enic.edu.az/e-reference/ linkinə daxil olmaqla yoxlamalıdırlar. Məlumat aşkar olunmadıqda Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə müraciət etməyiniz tövsiyə olunur.
Bu məlumatları indidən yoxlayın ki, qəbul imtahanına qeydiyyat elan olunduqda çətinliklər yaşamayasınız.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Xarq adası yaxınlığında İrana aid neft tankerini vurub
00:15 09.09.2026
Gündəm
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə