
Ekspert: Universitetlərin beynəlxalq arenada tanınması vacib məsələdir
12:02 23.06.2025
Elm və Təhsil
519
Bu xarici tələbələrin ölkəyə cəlb edilməsinə yol açır
İlk dəfə 28 Azərbaycan universiteti “Times Higher Education Impact 2025” reytinqində təmsil olunub.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu reytinq universitetlərin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) əsasən 17 istiqamət və ümumi reytinq olmaqla 18 reytinq cədvəli üzrə qiymətləndirir.
"Bu il sözügedən reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 18-dən 28-ə yüksəlib. Bu, ötən illə müqayisədə 1.5 dəfə artım deməkdir. Sözügedən 28 universitetdən 25-i ümumi reytinq cədvəlində yer alır.
Reytinqə daxil olan universitetlərin sayı ölkə üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrinin təxminən 60 %-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə orta hesabla 5–35 % arasında dəyişir. Bu baxımdan Azərbaycanın nəticəsi həm regional, həm də beynəlxalq kontekstdə diqqətəlayiqdir.
Bakı Dövlət Universiteti və Xəzər Universiteti ümumi reytinqdə ölkə üzrə ən yüksək nəticə göstərərək 401–600 aralığında qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbi isə ümumi reytinqdə ölkə üzrə 2-ci sırada (801-1000 diapazonu) yer alır.
Ümumilikdə isə Azərbaycan bu reytinqdə 5 DİM üzrə regional lider mövqeyini qoruyur. Xüsusilə DİM 1 – Yoxsulluğa son və DİM 10 – Bərabərsizliyin azaldılması istiqamətləri üzrə Azərbaycan universitetləri dünya üzrə TOP 60-lıqda yer alıb", - məlumatda qeyd olunub.
Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyi tərəfindən “THE Impact 2025” reytinqinin nəticələri açıqlanıb:

“Bu reytinq universitetlərin fəaliyyətini əsasən 17 istiqamət və ümumi reytinq olmaqla 18 reytinq cədvəli üzrə qiymətləndirir.
Bu il sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı 18-dən 28-ə yüksəlib. Bu, ötən illə müqayisədə 1.5 dəfə artım deməkdir və ölkə üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrinin təxminən 60 %-ni təşkil edir.
Bakı Dövlət Universiteti və Xəzər Universiteti ümumi reytinqdə ölkə üzrə ən yüksək nəticə göstərərək 401–600 aralığında qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbi isə ümumi reytinqdə ölkə üzrə 2-ci sırada (801-1000 diapazonu) yer alır.
Universitetlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə aşagıdakı əsas sahələrdəki fəaliyyətlərinə görə qiymətləndirilir:
1. Keyfiyyətli təhsil (SDG 4)
2. Gender bərabərliyi
3. Ədalətli əmək və iqtisadi artım
4. İqlimə qarşı tədbirlər
5. İnnovasiya və infrastruktur
6. Cəmiyyətlə əməkdaşlıq və sosial təsir
Ümumilikdə, Azərbaycan bu reytinqdə 5 DİM üzrə regional lider mövqeyini qoruyur. Xüsusilə, Yoxsulluğa son və Bərabərsizliyin azaldılması istiqamətləri üzrə Azərbaycan universitetləri dünya üzrə TOP 60-lıqda yer alıb”.
Ekspertin sözlərinə görə Azərbaycan universitetlərinin “Times Higher Education Impact Rankings 2025” siyahısına daxil olması ali təhsil üçün müəyyən əhəmiyyətə malikdir:
“Belə ki, universitetlərin beynəlxalq arenada tanınması xarici tələbələrin ölkəyə cəlb edilməsinə yol açır. Yüksək reytinqli xarici universitetlərlə birgə layihələr həyata keçirməyə sövq edir. Eləcə də ən əsası daxili inkişafa motivasiya yaradır. Universitet rəhbərlikləri daha məqsədli islahatlar keçirib beynəlxalq standartlara uyğunlaşırlar.
Gələcəkdə daha çox universitetin reytinqə düşməsi üçün aşğıdakı işlər görülməlidir:
1.Universitetin hesabatlılıq sistemi şəffaf olmalı
2.Tədqiqat fəaliyyəti və nəticələrin ölçülməsi beynəlxalq standartlara uyğun olmalı
3. Yerli təhsil icmaları ilə əməkdaşlıq genişləndirilməli
4. Davamlı inkişaf sahəsində uzunmüddətli strategiyalar hazırlanmalı
5. İngilis dilində fəaliyyət və resurslarartırılmalıdır
6.Tədqiqatlar üçün daha çox maddi vəsait ayrılmalı və akademik göstəriciləri yaxşı olan müəllim və tələbələrin mükafatlandırılması olmalıdır
Ən sonda reytinq sadəcə akademik göstəricilər yox, universitetlərin cəmiyyətə verdiyi təsirə görə qiymətləndirmə apardığından, Azərbaycanda təhsilin daha çox sosial yönümlü və dayanıqlı inkişaf strategiyasına keçməsinə çalışılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya