Elm və təhsil fədaisi: Yusif Alıyev - 47 illik ömür yolunun işığı

​Bu gün Azərbaycanın ali təhsil sistemində özünəməxsus idarəçilik məktəbi yaradan, yenilikçi alim və bacarıqlı rəhbər, ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, "Qabaqcıl təhsil işçisi" professor Yusif Alıyevin doğum günüdür. 47 yaş təkcə təqvim rəqəmi deyil, eyni zamanda böyük bir regionun təhsil mühitini dəyişən, minlərlə gəncin gələcəyinə işıq tutan şərəfli bir yolun hesabatıdır.

Fəxrlə deyə bilərik ki, direktorumuz Yusif Alıyev ​mənəviyyat və ziyalılıq etalonudur. ​Yusif müəllim hər şeydən öncə milli-mənəvi dəyərləri öz şəxsiyyətində birləşdirən səmimi bir insandır. Onun fəaliyyət fəlsəfəsinin mərkəzində "İnsan" amili dayanır. Professorun hər bir tələbəyə fərdi yanaşması, professor-müəllim heyəti ilə qurduğu sağlam korporativ mühit, əməkdaşların inkişafına cani-könüldən yanaşması, rəhbər vəzifələrdə irəli çəkməsi və xüsusilə şəhid ailələri, qazilərlə bağlı həyata keçirdiyi sosial layihələr onu sadəcə bir direktor deyil, həm də bir mənəvi lider kimi xarakterizə edir. Təsadüfi deyildir ki, onun sayəsində bu son illərdə gənc alimlərin sayı artmış, bu istiqamətdə rəhbərliyin birbaşa dəstəyi ilə əhatə olunmuş, gənclər müxtəlif sahələrdə irəli çəkilmişdir. 

Quba ictimaiyyəti tərəfindən ona bəslənən sonsuz rəğbət, məhz bu insani keyfiyyətlərin və xalqa xidmət prinsipinin təzahürüdür.

​Yusif Alıyevin rəhbərliyi altında ADPU-nun Quba filialı son illərdə sürətli və keyfiyyətli bir transformasiya yolu keçmişdir. Filialın fəaliyyəti müasir idarəetmə modelləri əsasında yenidən qurulmuş, şəffaflıq və çeviklik əsas meyar seçilmişdir.

​ Elmi konfransların, beynəlxalq simpoziumların mütəmadi təşkili filialı nəinki regionun, eləcə də ölkənin elmi mərkəzlərindən birinə çevirmişdir.

​ Təhsil müəssisəsinin maddi-texniki bazasının yenilənməsi tələbələrin ən müasir texnologiyalarla təhsil almasına şərait yaratmışdır.

​Bu gün fəxrlə deyə bilərik ki, Yusif müəllimin uzaqgörən fəaliyyəti sayəsində Şimal bölgəsində qədim ənənələrə sahib, lakin müasir dünya standartlarına cavab verən müstəqil bir universitetin təməlləri atılmaqdadır. Onun "elmin xəritəsini" bildiyi kimi idarəetməni də uğurla bilməsi və bugün "Milli təhsil, qlobal baxış" prinsipi regionun intellektual xəritəsini yenidən cızır.

​​Hörmətli Yusif müəllim!

​ADPU-nun Quba filialının professor-müəllim kollektivi və çoxminli tələbə ailəsi adından Sizi doğum gününüz münasibətilə ən səmimi duyğularla təbrik edirik.

​Sizə möhkəm can sağlığı, tükənməz enerji və müstəqil Azərbaycanın tərəqqisi, elm və təhsilimizin yüksəlişi naminə çıxdığınız bu şərəfli yolda yeni-yeni uğurlar arzulayırıq. Sizin rəhbərliyinizlə hələ neçə-neçə gənc nəsil vətənpərvər ruhda yetişəcək, filialımız isə yeni zirvələri fəth edəcəkdir. Müstəqil Azərbaycanın işıqlı gələcəyi, təhsilinin inkişafı naminə gördüyünüz bütün işlərdə yolunuz açıq, uğurlarınız daim olsun!

​Doğum gününüz mübarək, dəyərli professor!

SİZİNLƏ QÜRUR DUYURUQ !