
Elmin Nuri: Bağçalarda olan şəffaflığa görə daha müsbət nəticləri görəcəyik
11:18 27.11.2024
Elm və Təhsil
722
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.
Bu barədə Təhsil İnstitundan məlumat verilib.
Bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi 27 noyabr-04 dekabr tarixlərini əhatə edəcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 27 noyabr saat 11:00-dan 04 dekabr saat 11:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, məktəbəqədər təhsil müəssisələri ilə bağlı vəziyyət çox acınacaqlı idi:

“Çünki onlar uzunmüddət yerli icra orqanlarının tabeliyində qalmışdılar. Bir növ özlərinin təhsil və tədris funksiyasını itirmək üzrə idilər. Yaxşı ki, bir neçə il bundan öncə verilən qərara əsasən bütün məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin (ETN) bazasına verildi. İndi onlar məktəbəqədər və ümumi təhsil üzrə dövlətagentliyinin tabeliyindədirlər. ETN-nin tabeliyinə verildikdən sonra bağçalarla bağlı ciddi audit yoxlamaları və digər təmizləmə işləri aparıldı. İki il bundan əvvəl acı statistika ictimaiyyətə açıqlandı. Yəni bağçalarda metodist və tərbiyəçi işində çalışanların böyük əksəriyyətinin 50 faizdən yuxarısının diplomları yox idi və bəzilərinin diplomları isə saxta idi. Bunlar aşkarlandı, bəzi bağça müdirləri işlərində yol verdikləri neqativ hallara görə uzaqlaşdırıldı və bağçalara işə qəbul imtahan vasitəsilə həyata keçirildi. Bu istiqamətdə xeyli irəliləyişlər oldu. Düşünürəm ki, bağçalarda müdir vəzifələrinə işə qəbulun da, eyni direktorların işə qəbulu kimi elektron sənəd üzərindən müsabiqə əsasında aparılması alqışlayayiq hadisədir. Amma bağçalarla olan problemlər hələ də qalmaqdadır. Çünki bağçalardakı problemlər üst-üstə gəldiyi üçün hamısının birdən həll olması qeyri-mümkün məsələ idi. Götürülən xətt isə çox uğurludur. Biz bağçalarda olan şəffaflığa görə daha müsbət nəticləri görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu ABŞ -da Rusiyaya lobbiçilik edir - Politoloq
14:04 03.08.2026
Dünya
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm