Hər uşaqdan riyaziyyatı yaxşı oxumasını tələb etmək doğru deyil
Yusif Nəzərli
04:59 18.05.2023
Elm və Təhsil
645
Hansı uşağın nəyi, necə qavramağı məhz ya sağ, ya sol yarımkürənin inkişafı ilə bağlıdır
İnsan beyni iki yarımkürədən ibarətdir. Bunlar sağ və sol yarımkürələr adlanır. Sağ və sol beyin yarımkürələrinin funksiyaları insanların müxtəlif fəaliyyətlərini təmin edir. Bəzi insanlar daha çox sağ, bəziləri isə sol beyin yarımkürələrini işə salırlar. Lakin hər iki halda biz beynimizin tam gücündən istifadə etmirik. Adətən, uşaqlara eyni tələblər qoyulur, ancaq müxtəlif nəticələr görülür”. Bu sözləri pediatr Aytən İsmayilzadə deyib.
Onun sözlərinə görə, məktəbə gedən hər uşaqdan riyaziyyatı yaxşı oxuması istənilir, amma nəticə fərqli olur. Çünki bütün uşaqlar riyazi bilikləri eyni cür mənimsəmir. Ya da kimlərsə humanitar fənlərdə, kimlərsə də dəqiq elmlərdə üstün olur: “Ona görə də məktəbi əla qiymətlərlə bitirmək yarışı olmamalıdır.
Hansı uşağın nəyi, necə qavramağı məhz ya sağ, ya sol yarımkürənin inkişafı ilə bağlıdır. Bizim bir beynimiz var, amma onun iki hissəsi körpü ilə ortada birləşsə də ayrı işlər görür. Sağ beyin funksiyaları güclü olanlar daha çox xəyal qurur, sənət, yaradıcılıq, musiqi onlarda üstündür. Təbiətlə həmahəngliyi sevir, duyğulara çox önəm verir, həssasdırlar. Yaradıcı enerjiləri yüksəkdir. Buraxın yaratsınlar. Riskə gedəndirlər, çunki duyğuları ilə düşünürlər. Subyektivdirlər.
Mahnının sözünə deyil, musiqisinə önəm verir. Xırdalıqları deyil, bütünü görürlər. Sol beyin funksiyası yaxşı olanlar obyektivdir. Məntiqli düşünür. Analitik düşüncəyə sahibdir. Hadisəni hissələrə bölüb analiz edər. Riyazi təfəkkür üstündür. Reallığı qəbul edirlər.
Planlı və səbrli olurlar. Mahnının müsiqisinə deyil, sözlərinə önəm verirlər. Hər xırdalığa fikir verirlər. Bütün bunlara görə müxtəlif xarakterlər, müxtəlif qavrama tipləri və müxtəlif zəkalar ortaya çıxır. Biz isə hər kəsi bir etməyə çalışırıq. Özümüz də fərqində olmadan sağa gedəni sola, sola gedəni sağa döndərməyə çalışırıq. Bu zaman beynin yan təsirləri ilə qarşılaşırıq. Məsələn, mənim sağ beynim inkişaf edib. Onun daha da inkişafı ruhsal və bədənsəl xeyrimədir. Deyək ki, yaradıcılığı sevirəmsə, onunla məşğul olsam daha faydam olar, nəinki riyaziyyatla”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya