Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Yusif Nəzərli
13:04 13.06.2023
Elm və Təhsil
457
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına iyunun 11-də keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələrini elan edib.
DİM-dən verilən xəbərə görə, imtahan nəticələri ilə buradan tanış olmaq mümkündür.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu “7727” nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 17 705 bakalavrdan 408 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticələri ləğv olunub.
İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri də var).
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 16 iyun 2023-cü il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14 iyun saat 10:00-dan 16 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
İştirakçıların nəzərinə çatdırırıq ki, cavab kartı və sual kitabçasında qeyd etdikləri cavablar arasında uyğunsuzluqla bağlı olan müraciətlərə baxılmır. Qəbul qaydalarına uyğun olaraq, yalnız cavab kartındakı cavablar əsasında ballar hesablanır. Sual kitabçasındakı qeydlər heç bir hüquqi qüvvəyə malik deyil.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
10:44 10.04.2026
Sağlamlıq