Təhsilverənlərin geyimi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, burada söhbət vahid formadan deyil, geyim qaydalarından gedir.
O bildirib ki, yeni qaydaların yaxın zamanda tətbiqi nəzərdə tutulur.