Nazirliyin İctimai Şurası təhsil jurnalistləri ilə görüşdü - AzEdu-da-FOTOLAR
Yusif Nəzərli
14:58 25.04.2022
Elm və Təhsil
590
25 aprel tarixində AzEdu təhsil portalının təşkilatçılığı ilə Təhsil Nazirliyi yanında İctimai Şura ilə Təhsil Jurnalistləri Birliyi arasında görüş keçirilib.
Görüşdə İctimai Şuranın sədri Günel Səfərova, şuranın üzvü, millət vəkili Etibar Əliyev, AzEdu təhsil portalının direktoru Elşad Eyvazlı, şuranın üzvləri Məleykə Əlizadə, Gülməmməd Məmmədov, Pərvanə Məmmədova, Rüfət Əsədzadə və Təhsil Jurnalistləri Birliyinin üzvləri iştirak edib.
Giriş nitqi ilə söz başlayan İctimai Şuranın sədri Günel Səfərova şuranın yeni tərkibdə olan üzvləri ilə fəaliyyətə başladığı tarixdən görülən işlərə aydınlıq gətirib.
O, qeyd edib ki, dekabr ayından fəaliyyətini yeniləyən İctimai Şura təlim-tərbiyə, məktəb, müəllim və valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində Təhsil Nazirliyi ilə bərabər müzakirələr apardığını və müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb.
O, jurnalistlərin fəaliyyət və işıqlandırdığı problemlərin təhsil ictimaiyyəti üçün vacib olduğunu qeyd edib və bu istiqamətdə Medianın İnkişafı Agentliyi ilə təhsil jurnalistləri arasında əlaqlərin inkişafı üçün vacib tədbirlərin görülməli olduğunu vurğulayıb.
Həmçinin, bu zaman dilimində Təhsil İnstitutu, müxtəlif QHT-lər ilə təhsilin inkişafı üçün vacib müzakirə və tədbirlərin həyata keçirildiyini də diqqətə çatdırıb.
Millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev bu sektorda olan problemlərin həllinin tapılmasında jurnalistlərin rolunu vurğulayaraq, onların hazırladıqları material və digər xəbərlərin vacibliyini qeyd edib.
AzEdu təhsil portalının direktoru Elşad Eyvazlı İctimai Şura üzvləri üzvləri ilə jurnalistlər arasında müzakirələrin aparılmasının davamlı və vacib olmasını diqqətə çatdırıb.
Sonra jurnalistlər müxtəlif təkliflərini İctimai Şura üzvlərinə ünvanlayıb.
Bu təkliflər arasında təhsil sektorunda müəllim, şagird və valideynlərin qarşılaşdığı problemlər yer alıb.
Həmçinin, təhsilin ali və peşə istiqamətində şəxslərin hansı çətin məqamlarla qarşılaşması kimi məsələlər də təkliflər sırasında yer tapıb.
Jurnalistlər bu kimi təklifləri İctimai Şuraya çatdıraraq onların həlli istiqamətində addımların atılması üçün vacib məsələlərlə çıxış ediblər.
İctimai Şura isə öz növbəsində jurnalistlərin təkliflərini Təhsil Naizrliyinə çatdıracaqlarını və bu tipdə olan görüşlərin davamlı olacağını söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur