Qarabağ Universiteti nəzdində xəstəxana yaradılacaq
Yusif Nəzərli
07:27 23.09.2024
Elm və Təhsil
677
Tarixi və qürurlu bir tədris ilinə başladıq.
Sherg.az xəbər verir ki, bunu Trend-ə Xankəndidə 4 nömrəli məktəbin ilk dərs günündə elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, bir həftə öncə Şuşa və Xocalıda məktəblər açıldı, bu gün Qarabağ Universitetində və Xankəndi şəhər 4 nömrəli məktəbdə tədrisə başlandı.
"Axşam isə Türkiyə-Azərbaycan Universitetinin açılışı olacaq.
Qarabağ Universitetinin elm və təhsil sahəsində ən öndə gedən universitetlərdən olmasını planlayırıq. Bütün bu işlər çox qısa müddət rəzində mümkün oldu. Xankəndidə 500 nəfərdən artıq uşaq məktəbə gedir. Əminəm ki, gələn həftələrdə bu say artacaq. Ehtimal edirəm ki, Xankəndidə ikinci məktəbin açılışı da olacaq. Bu tədrisə başlayacaq uşaqların sayından aslıdır.
Qarabağ Universitetində tibb fakültəsinin açılması nəzərdə tutulub. Burada tədqiqat yönümlü xəstəxananın olması planlaşdırılır. Hər şey plana uyğun gedərsə, növbəti il biz tibb faklütəsinin birinci kurs tələbələrini görəcəyik", - deyə nazir əlavə edib.
Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə SABAH qrupları təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya