Qərar alqışlandı!- Şəhid və qazi övladları üçün imtahanlar pulsuz olacaq
Fidan Həmişəyeva
09:45 27.08.2021
Elm və Təhsil
837
“Bu, şəhid və qazilərimizin övladlarına olan qayğının yeni təzahürüdür”
Ali məktəblərə qəbul imtahanlarının bütün mərhələləri şəhid və qazi övladları üçün pulsuz olacaq. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, aşağıdakı şəxslərə münasibətdə müsabiqədə iştirak üçün ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək:
- ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;
- ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Təhsil üzrə mütəxəssis Nadir İsrafilov qərarla bağlı fikirlərini “Sherg.az”a bildirib. Ekspert hesab edir ki, Nazirlər Kabinetinin müvafiq qərarı təhsil sahəsində görülən müsbət işlərin davamıdır:
“Sözügedən qərar bir daha göstərir ki, təhsil dövlətin prioritet sahəsidir və dövlətimiz təhsilin əlçatanlığını təmin etmək üçün bütün mövcud imkanlarını səfərbər edir. Bu qərar 30 illik həsrətə son qoyulmasında, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində, müstəqilliyimizin müdafiəsində canını və sağlamlığını qoyan şəhid və qazilərimizin övladlarına olan diqqət və qayğının yeni təzahürüdür. Ölkə başçısının da xüsusi olaraq vurğuladığı kimi, bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm