Təhsil üçün "ETİ" ilə çıxılan yol... - Məsafələr uğura əngəl deyil
Yusif Nəzərli
09:59 15.03.2023
Elm və Təhsil
938
Minlərlə kilometrlik yol belə sadəcə bir addımla başlayır. Bu yol uşaqlar üçün, təhsil üçün, işıqlı gələcək üçündürsə, daha da qiymətli olur.
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi və "ETİ" də bu dəyərləri əsas tutaraq, ucqar kəndlərdə yaşayan uşaqların həyatını müsbətə doğru dəyişmək, tələbə olmaq xəyalını gerçəkləşdirmək üçün yeni layihəyə başlayıb.
İctimai birliyin hər zaman korporativ sosial məsuliyyət layihələri ilə cəmiyyət üçün dəyər yaradan "ETİ" şirkətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin məqsədi ucqar kənd məktəblilərini elektron resurslarla təmin edərək, ali məktəblərə hazırlamaqla təhsildə qeyri-bərabərliyin aradan qaldırılmasına töhfə verməkdir.
"Hər kəs üçün keyfiyyətli təhsil” prinsipinə söykənən layihənin xüsusi hədəf qrupu aztəminatlı ailələrin övladları, həmçinin internat məktəblərində oxuyan, valideynlərini itirmiş yeniyetmələrdir.
Sevinc Fədainin rəhbərlik etdiyi layihənin Beyləqan, Qusar və Lerik rayonlarında peşəkar psixoloq Rübabə Mərdanova və yazıçı, ADU-nun müəllimi Tural Cəfərovun "Məsafələr uğura əngəl deyil" təlim proqramı ilə açılış mərasimi baş tutub. Tədbirdə ucqar kəndlərdən olan abituriyentlər və uşaqlar, müəllim və valideynlər iştirak edib.
Abituriyentlərə layihə çərçivəsində onlayn dərslərə qoşulmaq və ali məktəbə qəbul imtahanlarına hazırlaşmaq üçün planşet və tədris vəsaitləri, uşaqlara isə "ETİ"nin qida məhsulları hədiyyə edilib.
Həmçinin, layihənin koordinatoru Nərmin Veysəlova və müəllim Samirə Gülməmmədova abituriyentlərlə təlimatlandırıcı söhbətlər aparıb, onların qorxu və həyəcanını aşmağa kömək edən, özgüvən qazandıran art terapiya proqramı həyata keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində hər gün peşəkar müəllimlər tərəfindən keçirilən dərslərlə abituriyentlərin hazırlığı optimal səviyyəyə gətiriləcək, onların keyfiyyətli təhsil almaq imkanı olan abituriyentlərlə rəqabət aparmaq imkanları artacaqdır.
Layihə ərzində Lerik, Qusar və Beyləqanın kənd abituriyentlərinə onlayn dərslərlə yanaşı, onlayn psixoloji konsultasiya, seminarlar da veriləcək, onların həyat immuniteti də gücləndiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm