İlon Mask  "Tesla"da daha çox nəzarət istəyir

 İlon Mask "Tesla"nı süni intellekt sahəsində genişləndirmək üçün ən azı 25 faiz səs nəzarəti tələb edib.

Sherg.az xəbər verir ki, o,  "X" platformasından yaydığı  açıqlamada , "Tesla"da təsirli olmaq üçün kifayət qədər paya malik olmadığı təqdirdə şirkətdən kənar məhsullar istehsal etməyə üstünlük verəcəyini söyləyib.

Mövcud vəziyyətdə süni intellekt və robototexnika sahəsində şirkəti genişləndirməkdən narahat olacağını ifadə edən Mask, "Tesla"nın bir deyil, onlarla startap olduğunu başa düşmürsüz" deyə bildirib.

Daha çox nəzarət istəyən Mask "Tesla"-nın təxminən 13 faizinə sahibdir. Bu rəqəm şirkətin dövriyyədə olan 3,19 milyard adi səhminin təxminən 411 milyonunu təşkil edir.

"Tesla" ötən ilin son rübündə elektrikli avtomobil bazarında liderliyini Çin BYD-yə itirib.