Zukerberq: Süni intellekt insanlardan daha bacarıqlı olacaq

Facebook, Instagram və WhatsApp-ın bağlı olduğu Meta şirkətinin rəhbəri Mark Zukerberq süni intellektlə bağlı yeni açıqlama verərək, bu yarışda fərqlənmək üçün əlindən gələni edəcəyini vurğulayıb.
"Sherg.az" xəbər verir ki, texnologiya rəhbəri süni intellektin qısa müddətdə insanlardan çox daha bacarıqlı olacağını açıqlayaraq, yeni bir müzakirəyə start verib. 
Meta-nın ilin sonuna qədər bir süni intellekt modelini öyrədə bilmək üçün  böyük miqdarda infrastruktura sahib olacağını bildirən Zukerberq, Süni intellektin inkişafı üçün hesablama infrastrukturuna 10 milyard dollardan çox pul köçürəcəyini deyib.