Süni intellektdə yeni həmlə: Artıq yuxuları idarə etmək mümkündür


Son bir ildə dünyanı fırtına kimi ələ keçirən və demək olar ki, hər sahədə həyata inteqrasiya oluna bilən süni intellekt artıq yuxuları da idarə edə bilir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, süni intellekt dəstəkli neyrotexnoloji cihaz sayəsində insanların yuxularına nəzarət edilə biləcək.

Belə ki, cihaz istifadəçinin yuxu görmənin baş verdiyi ən dərin yuxu mərhələsi olan "REM"ə çatdığını aşkar etdikdə yuxu görməyə başlaması üçün beyinə siqnallar göndərir.


Lüsid yuxular yuxu görənin yuxuda olduğunun fərqinə vardığı bir yuxu növüdür.

Lüsid yuxuda istifadəçiləri məhdudlaşdıran tək şeyin onların təxəyyülü olduğu və onların qeyri-adi mühitlər qura və kəşf edə, yuxu personajları ilə danışa və hətta uça bildiyi qeyd edilib.

Aydın xəyallar qurmağa imkan verən və hələ də sınaq mərhələsində olan Halonun internet saytında yaydığı açıqlamada cihazın 2025-ci ilin qışında bütün dünyada satışa çıxmağı planlaşdırdığını bildirdi.

Bundan əlavə, sınaq mərhələsinin başladığı və könüllülərin axtarıldığı elanı ilə 400-dən çox istifadəçinin bu neyrotexnoloji geyilə bilən cihazı sınaqdan keçirmək üçün beta mərhələsi üçün qeydiyyatdan keçdiyi bildirilib.