Nazir müavini: Əhali üzrə 3G və 4G şəbəkəsinin əhatə dairəsi 100%-ə yaxındır

Hazırda ölkədə aktiv mobil internet istifadəçilərinin sayı 8.8 milyon nəfərdən çoxdur. Hər yüz nəfərə düşən aktiv mobil internet abunəçilərinin sayı 86 nəfər təşkil edib.
Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Texnologiya və innovasiyalar” işçi qrupunun rəhbəri Samir Məmmədov “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, əhali üzrə 3G və 4G şəbəkəsinin əhatə dairəsi 100%-ə yaxındır.