WhatsApp üçün yeni funksiya: 1 dəqiqəyə qədər artacaq

Instagram hekayələrindən ilhamlanan WhatsApp istifadəçilərə status yeniləmələrində daha uzun videolar paylaşmağa imkan verəcək yeni funksiyanı sınaqdan keçirir.

Sherg.az xəbər verir ki, platformada 30 saniyəlik vaxt məhdudiyyəti olan video status yazılarının 1 dəqiqəyə qədər artırılması planlaşdırılır.

Instagram hekayə funksiyasında paylaşılan videolar üçün vaxt limitini 15 saniyədən tam dəqiqəyə qədər artırmışdı və indi də WhatsApp eyni dəstəyi alır.

Bu funksiya ilə istifadəçilər WhatsApp statuslarında daha uzun videolar paylaşa biləcəklər.