Kor insanlar görə biləcək -İlon Mask açıqlayıb

İlon Mask görmə qabiliyyətini bərpa edən implant hazırlandığını açıqlayıb

“Neuralink” şirkətinin beyin implantı kor insanların görmə qabiliyyətini bərpa edə biləcək.

Trend-in məlumatına görə, bu barədə Amerikalı milyarder İlon Mask sosial şəbəkədəki X səhifəsində bildirib.

"Blindsight” Telepatiyadan sonra “Neuralink”in növbəti məhsuludur... Hətta kimsə kor doğulsa belə, biz görmə qabiliyyətini bərpa edə biləcəyimizə inanırıq", - Mask yazıb.

Onun sözlərinə görə, implant artıq meymunlar üzərində sınaqdan keçirilir və təcrübələr zamanı onlara heç bir zərər dəyməyib.