Nazir müavini: Azərbaycan kibermüharibələrə hazır olmalıdır

Azərbaycan kibermüharibələrə hazır olmalıdır.
Bunu "Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə Toplantısı”nda Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli deyib.

"İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində, rəqəmsallaşma, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi istiqamətində vacib məsələlərdən biri odur ki, Azərbaycan yeni müharibələrə hazır olmalıdır. 44 günlük müharibədən fərqli olaraq kibermüharibədə təkcə coğrafi deyil, dünya nəhəngləri belə birbaşa olaraq bizim qapımızın astanasında pusqudadır. Düşünürəm ki, bu, kifayət qədər ciddi bir məsələdir və Zirvə iştirakçılarının bu istiqamətdə dəstək verməsinə ehtiyac var", - o bildirib.