“mygov”un yenilənmiş versiyası təqdim olunub
Yusif Nəzərli
06:47 17.09.2024
Texnologiya
1142
Bakıda yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının rəsmi təqdimatı olub.
"APA-Economics" xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların rəhbər şəxsləri, media nümayəndələri və sahə ekspertləri iştirak ediblər.
Tədbiri açılış nitqi ilə açan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov yenilənmiş platformanın üstünlüklərinə diqqət çəkib:
""mygov" vasitəsilə vətəndaşlar bir neçə kliklə öz şəxsi məlumatlarına daxil ola və yeniləyə, vacib bildirişləri izləyə və həyat hadisələri ilə bağlı bəzi prosesləri avtomatlaşdıra bilərlər. Bu, daha şəffaf və istifadəçi dostu rəqəmsal hökumət ekosistemini inkişaf etdirir, vətəndaşların artıq fiziki ofislərdə vaxt keçirməyə və ya ağır sənədləşmə işləri ilə məşğul olmağa ehtiyac duymamasını təmin edir. Bu məqsədlərimizə uyğun olaraq ilin sonuna qədər vətəndaşlar tərəfindən alınan fiziki xidmətlərin 15%-nin rəqəmsal formaya keçməsini hədəfləyirik”.
Daha sonra çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri İnarə Vəliyeva platformanın missiya və hədəflərindən bəhs edib:
“İki il öncə bu yola çıxarkən hədəfimiz, vətəndaş mərkəzli və istifadəçi dostu bir platforma yaratmaq, davamlı və etibarlı yanaşma təqdim etmək idi. Bu gün isə vətəndaşlarımızın həyatını sadələşdirən, xidmət və məlumatları əlçatan edən çevik, və səmərəli bir rəqəmsal hökumət təqdim edirik. Uzunmüddətli texnoloji həllər qurmaqla yanaşı, beynəlxalq təcrübəni yerli şəraitə uyğunlaşdıraraq sürətlə inkişaf edirik. "mygov" sadəcə bir platforma deyil, vətəndaşlarımız üçün dəstək və qayğının simvoludur”
Təqdimatda “mygov” platformasının təqdim etdiyi yeni xidmətlər və üstünlüklər haqqında məlumat verib.
Belə ki, yenilənmiş versiyada ailə qurmaq, valideyn olmaq və yaxın qohumun vəfatı kimi vacib həyat hadisələri ilə bağlı sənədləşmə prosesi sadələşdirilib. Nikah üçün lazımi sənədləri rəqəmsal şəkildə təqdim etmək, yeni doğulan uşaqların qeydiyyatını onlayn etmək və ailə üzvünün vəfatını qeydə almaq artıq platforma üzərindən mümkündür.
“mygov” tətbiqində 40-dan çox məlumat “məlumatlarım” bölməsində yerləşdirilib. Bununla yanaşı şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm şəhadətnaməsi kimi sənədlər rəqəmsal formada təqdim edilir. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod və ya PDF şəklində paylaşa bilərlər. “mygov” mobil tətbiqində paylaşılan məlumatların tarixçəsi ilə tanış olmaq və nə zaman, hansı qurum və müəssisə ilə paylaşıldığını görmək mümkündür. Eyni zamanda qurumlar tərəfindən sorğulanan fərdi məlumatların vətəndaşlar tərəfindən icazəsinin idarə edilməsi təmin edilib.
Yenilənmiş versiyada təkmilləşdirilmiş axtarış sistemi, bildiriş modulu və müraciət funksiyası vasitəsilə vətəndaşlar dövlət xidmətləri ilə əlaqəni daha sürətli və şəffaf şəkildə qura bilərlər. Platformada eyni zamanda elektrik doldurma məntəqələrinin siyahısı, kommunal abunə kodlarının dəyişdirilməsi, pensiya kalkulyatoru, yerli icra hakimiyyətlərinə vətəndaş qəbulu kimi xidmətlər aktiv edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi