
“Şübhəli əməliyyatlar” artıq gözdən qaçmayacaq! -AÇIQLAMA
11:37 11.07.2025
Texnologiya
478
Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Həmçinin digər Fərmanla Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq olunub.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin (bundan sonra – Sistem) formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görəcək.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununun 11.8-ci maddəsi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, Maliyyə Monitorinqi Xidmətinin yaratdığı “Şübhəli əməliyyatların monitorinqi” sistemi çox vacib bir addımdır:

“Bu sistem bank əməliyyatlarını izləyərək şübhəli maliyyə hərəkətlərini müəyyənləşdirməyə kömək edəcək. Məsələn, çirkli pulların yuyulması, qeyri-qanuni vəsait köçürmələri və digər riskli əməliyyatlar avtomatik şəkildə izlənəcək. Amma belə bir sistemin yaradılması ilə yanaşı, onun təhlükəsizliyi də ciddi şəkildə qorunmalıdır. Çünki sistemdə yüzlərlə minlərlə insanın maliyyə məlumatları toplanacaq. Əgər bu məlumatlar yaxşı qorunmazsa, hakerlər həmin məlumatlara sızaraq həm şəxsi məlumatları oğurlaya, həm də sistemə zərər verə bilərlər. Bu səbəbdən güclü parollar, müasir şifrləmə texnologiyaları və daimi təhlükəsizlik nəzarəti vacib olacaq. O ki qaldı bu sistemin beynəlxalq platformalarla işləməsinə bəli, bu mümkündür. Məsələn, xaricdə fəaliyyət göstərən oxşar monitorinq sistemləri ilə inteqrasiya edilərsə, məlumat mübadiləsi daha sürətli və effektiv olar. Lakin bu inteqrasiya zamanı da məlumat mübadiləsinin şifrələnməsi, giriş səviyyələrinin ciddi şəkildə tənzimlənməsi və audit mexanizmlərinin qurulması əsas şərtdir. Yəni qısacası burda həm texniki imkanlarla yanaşı, həmdə istifadəçilərin təlimi, məlumatların idarə olunma siyasəti və təhlükəsizlik standartlarına uyğunluq vacib rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual