“Ermənistan müstəqil siyasət yürüdə bilməz” – Rusiyadan asılıdır 


“Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bu dövlət müstəqil siyasət yürüdə bilməz”

Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Rusif Məmmədsoy deyib. 

Ekspert bildirib ki, Kreml Ermənistanın havadarı, hələ də var olmasının əsas səbəbkarıdır: 



“Rusiya prezidenti Vladimir Putinlə sabiq erməni rəhbəri Robert Koçaryan yaxın dostdur. Bunu özləri də etiraf ediblər. Putin Koçaryanın doğum gününü də təbrik etmişdi. Bütün bunlar onu göstərir ki, Ermənistan dövlət olaraq birbaşa Rusiyadan asılıdır.

Bu mənada Vladimir Putini Ermənistana səfəri zamanı hansısa “təhlükənin” gözlədiyini iddia etmək sadəlövhlük olardı.

Məsələnin maraqlı tərəfi odur ki, Putin Paşinyana yerini bildirmək istədiyi zamanlarda belə addımlar atır. Düşünürəm ki, bu məsələnin gündəmə gəlməsi erməni hökumətinin Qərb ilə müəyyən yaxınlığına dəlalət edir. Ancaq hər halda Vladimir

Putin Ermənistanda əsas güc strukturlarına nəzarət edən şəxsdir. Bu mənada həbsxanada olan Koçaryanı ziyarəti əsnasında Putinin arxasınca “qapıları bağlamaq” sadə bir iddia deyil”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu