“Hazırlanan proqramların effektiv olacağına inanıram” - Deputat

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflər barədə İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə müsahibə verib. 

 İqtisadiyyat naziri bildirib ki, pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatınna göstərdiyi təsirlər artıb. Həmçinin pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdiyini və mənfi təsirin aradan qaldırılması məqsədilə 9 proqramın hazırlandığını deyib.
 
Bununla bağlı “Sherg.az”a fikirlərini bildirin millət vəkili, iqtisadçı-ekspert Vahid Əhmədov Operativ Qərargahın fəaliyyətindən razı qaldığın deyib:

“Operativ Qərargah zərərləri minimuma endirmək üçün çox ciddi sosial-iqtisadi addımlar atır. Ancaq məsələlərə daha çevik reaksiya vermək lazımdır ki, əhali də nə edəcəyini bilsin. Vətəndaşların sosial rifahının zəifləməməsi məqsədilə müəyyən güzəştlər edilir. Çalışmaq lazımdır ki, təkcə sahibkarlar yox, günəmuzd işləyənlər də dolana bilsinlər. Hazırlanan proqramların effektiv olacağına inanıram”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu