Əməkdar artist əmindir ! -  “İgidlərimiz şəhidlərimizin qanını yerdə qoymayacaq”

Müzəffər ordumuzun uğurlu həmlələrindən sarsılan Ermənistan məğlubiyyətinin acısını dinc əhalidən çıxarmağa çalışır. Cəbhə boyu rayonlarda yaşayan mülki şəxsləri hədəf alan düşmən Gəncə, Mingəçevir kimi şəhərləri də raket atəşinə tutub. Xüsusilə də Gəncəyə düşmən təxribatı nəticəsində ciddi ziyan dəyib. Həm oktyabrın 11-i, həm də 17-i gecə saatlarında şəhərə raket zərbələri endirilib. Nəticədə obyektlər və yaşayış binaları dağıntılar altında qalıb. Bununla yanaşı 20-dən çox mülki şəxs həlak olub, 80-dən çox sivil isə yaralanıb.

 Gəncədə dünyaya göz açan əməkdar artist Aybəniz Haşımova “Sherg.az”la dərdləşərkən hər  iki hücumdan dolayı üzgün olduğunu söyləyib:

“Hər bir azərbaycanlı kimi həm qələbə sevinci yaşayıram, həm də çox üzgünəm. Əminəm ki, onların törətdiyi terror hadisəsi cavabsız qalmayacaq, qalmır da.  Biz döyüş meydanında vuruşuruq, orda cavab veririk.

Bilirəm ki, igid oğullarımız şəhidlərimizin qanını yerdə qoymayacaq.

Törətdikləri vəhşiliyin 100 qat artığı özlərinə qismət olsun. Bizim çəkdiklərimizi öz balaları yaşasın.

Onda bilərlər bu necə ağrıdır. Bütün şəhid ailələrinə səbr diləyirəm.

Əsgərlərimizə qüvvət arzu edirəm. Allah ordumuzu, dövlətimizi qorusun.” 

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu