Eldəniz Məmmədov: “...Ermənilər kəndimizi xaraba qoyub”

Tanınmış müğənni Eldəniz Məmmədov işğaldan azad edilən Füzuli rayonunun Sərdarlı kəndindəndir. O da bu günlərdə doğulduğu torpaqlara səfər edən sənətçilər sırasındadır. Belə ki, müğənni Füzuli rayonuna yol alıb.
Kəndini, öz məhəlləsini böyüdüyü yerləri gəzən sənətçi o anların videosunu İnstaqram səhifəsində paylaşıb. Görünür erməni vandalizmi E.Məmmədovun kəndindən də təsirsiz ötüşməyib. O həmçinin illər sonra öz yurdunda azan da oxuyub.
"Sherg.az" xəbər verir ki, müğənni həmin görüntülərə bu sözləri yazıb:
"Allah şəhidlərimizə rəhmət eləsin, yaralı qardaşlarımıza şəfa versin. Füzuli rayonu, Sərdarli kəndində, 27 ildən sonra doğma yurdumda ilk dəfə azan oxudum. Amma dünyada ən şərəfsiz millət olan ermənilər kəndimizi xaraba qoyub.
Sərdarlinin meşəsi, kəhrizi, bulağı yaraşıqlı evləri vandalizmə məruz qalıb. Bu vəhşiliyə özünüz qiymət verin".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu