Diqqət... Böyük təhlükə: Satılmayan dönəri sabahısı gün yenidən istifadə edirlər


 Son vaxtlar toyuq və ət dönərlərinə edilən hiylələr gündəmdədir. İndi də dönərçilərin satılmayan dönəri sabahısı gün yeni dönərə qarışdıraraq satması danışılır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, qida mütəxəssisi Fuad Tekneci xəbərdarlıq edib. O,  qalan dönərin ertəsi gün satılmasının çox riskli olduğunu ifadə edərək, "Toyuq ətindən hazırlanan dönərin sabahısı günə qalması və istifadə edilməsi qırmızı ətə nisbətən daha risklidir. Eyni gündə yeyilməlidir. Qırmızı ətlə də  mədənizi pozarsınız, ancaq ağ ətdə daha böyük fəsadlar yaranar. Dönəri şişlə birlikdə qalan qisimini dondurucuya atıb, istifadə edənlər var. Bu çox risklidir. Çünki səth isti, orta qisimi soyuqdur. Bakteriyanın artma riski çox yüksəkdir" deyə bildirir.