Vətəndaşlar anlamalıdırlar: “Bütün qərar və qadağalar onların sağlamlığı üçündür”

“Koronavirus pandemiyası yeni mövzu deyil. Artıq aylardır, biz bu barədə danışır, əhaliyə çağırış edirik”.

Bu sözləri «Sherg.az» « Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı sosial izolyasiya qaydalarına əməl etməklə bağlı danışarkən bildirib. O, deyib ki, əhali daha diqqətli olmalıdır:

“İnsanlarımızın əksəriyyəti karantin qaydalarına əməl edirlər. Amma məsuliyyətsizlər də var. Dövlət bu sınaqdan minimum itki ilə çıxmaq üçün əlindən gələn hər şeyi edir. Vətəndaşlar anlamalıdırlar ki, verilən bütün qərarlar və qadağalar onların sağlamlıqları üçündür. Düzdür, yaşlılar havaya çıxmaq, ünsiyyətdə olmaq istəyirlər. Lakin onlara da yumşaq dillə vəziyyətin nə qədər ciddi olduğunu baş salmağa ehtiyac var”.