Sahibinin çiynindən düşmür, 500 söz bilir, dua oxuyur

"Sherg.az" CNN-ə istinadən bildirir ki, Türkiyədə yerləşən Niğdənin Bor bölgəsində qurudulmuş meyvə dükanı işlədən Kuddusi Issı , 14 ildir 500 kəlmə danışan və dua oxuyan Paşa adlı tutuquşunu çiynindən endirmir.

Tutuquşusunun ailənin bir üzvü olduğunu deyən edən Issı, dükana gələn müştərilərə “xoş gəldin”, “ "hacı içəridədir" və “sağ olun” deyə səsləndiyini deyir.

Issı tutuquşusuna təxminən 500 söz öyrətdiyini qeyd edib:

"Tutuquşu asılılıq yaradır. Eyni zamanda özünü sevdirmək üçün çox cilvələnir. O bizdən vaz keçmir, biz də ondan. Hara gedirəmsə, mənimlə gəlir. Səhər duranda "ata, gəl dükana", "ata gəl evə gedək" kəlmələrini işlədir.

İnsanda olması lazım olduğundan daha çox xüsusiyyət var. Sədaqət, sahiblik hissi olan, qısqanc bir heyvandır. Danışar, dua edər. Sanki dostum, həm də oğlumdur".

Issı tutuquşunun nəvələrini və həyat yoldaşını qısqandığını vurğulayıb:

“Bəzən konkret olaraq ondan danışmasını xahiş etdiyimiz sözlər olur. Ümumiyyətlə, danışdığımız sözləri öyrənir. Təhqir etmir. Özünəməxsus bir dünyası var. Dünyamıza uyğundur, bizimlə səhər yeməyi yeyir. Nə istədiyini işarət edir, biz də veririk. Maraqlanmayanda dərhal inciyir. Nəvələrimi qısqanır, sevməyimi istəmir. Onları incitməyə çalışır. Həyat yoldaşımla yaxınlaşmağımı da istəmir. O  bizim ailənin üzvüdür".