Con Kennedi həyat yoldaşına: "Əgər məni vurmaq istəsələr, heç kim buna mane ola bilməyəcək” - FOTOLAR

ABŞ-ın məşhur prezidenti Con Kennedi qətlə yetirildiyi günün sabahında, yəni 22 noyabr 1963-cü ilin səhər saatlarında həyat yoldaşına bunları deyib: “Əgər kimsə hansısa binanın pəncərəsindən məni tüfənglə vurmaq istəsə, heç kim buna mane ola bilməyəcək”. 



Təbii olaraq o anda həyat yoldaşı bu sözlərə əhəmiyyət verməyərək gülümsəyib. 

Ancaq maraqlısı odur ki, prezident bu sözlərdən bir neçə saat sonra dediyi kimi bir binanın 6-cı mərtəbəsində, pəncərənin arxasında gizlənmiş snayper tərəfindən vurularaq öldürülüb.