18 yaşlı şəhidin qandonduran məktubu:“Elə ki evə çatdım...” - FOTO

Sosial şəbəkələrdə Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalan 18 yaşlı şəhidimiz Xəyyam Daşdəmirovun anasına yazdığı məktub paylaşılıb.
“Sherg.az” igidimizin son sözlərini təqdim edir:
“ Ana, yıxılma ha! Dik dayan! Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana. Elə bərk qucaqla ki, dadı qalsın. Qoxumu burnuna çək, ana. Sən şəhid anasısan, dik dayan, qəddini əymə. Atama da salam de, şəhid salamı! O başa düşər. Qardaşımın oğluna mənim adımı qoyarsınız. Mənim günəşim söndü, ana. Bir-birinizi qoruyun. Məni bağışla, daha gücüm qalmadı. Mən şəhid oldum”.