Rusiya Ermənistan ordusunu taktiki əməliyyatlar üçün hazırlayır

"Hər həftə Rusiya müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqarşak Arutunyanla telefonla danışır"

“10 noyabr və 11 yanvar razılaşmaları Rusiya və Ermənistan tandemi tərəfindən sabotaj edilir”. 

Bunu “Sherg.az” siyasi şərhçi, MCP sədrinin müavini Məhəmməd Əsədullazadə deyib. 

Analitik vurğulayıb ki, əgər seçkilərdə Paşinyan qalib gəlməzsə, Ermənistanla müharibəyə yenidən başlaya bilər: 

“Azərbaycana təzyiq üçün lokal hərbi əməliyyatlar mümkündür. Hər həftə Rusiya müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqarşak Arutunyanla telefonla danışır. Bu, onu göstərir ki, Rusiya Ermənistan ordusunu taktiki əməliyyatlar üçün hazırlayır. Göstərmək istəyirlər ki, Azərbaycan öz ərazilərini işğaldan azad etsədə, müharibə başa çatmayıb. Həm də Minsk Qrupu həmsədrləri çərçivəsində danışıqların bərpasına cəhd edilir. Eyni zamanda Azərbaycanı KTMT-yə üzv etmək planlaşdırılır. Ermənistan tərəfindən bu kimi təxribatların davam etməsi gözləniləndir. Moskva ilə yanaşı, Paris və Tehran da təxribatlarda maraqlı tərəflərdir. Çünki regionda Türkiyənin rolunun artması hər üç ölkəni narahat edir”.