Ermənistan və Türkiyə rəsmilərinin kritik Moskva görüşü – Masada nələr olacaq? 


Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında Moskvada keçiriləcək ilk görüşün dəqiq tarixi açıqlanıb. Belə ki,Ermənitsanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan xüsusi nümayəndələrin ilk görüşünün yanvarın 14-də baş tutacağını bildirib.

Maraqlıdır,görüşdə hansı məsələlər müzakirə olunacaq? Mövzunu “Sherg.az”a şərh edən keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov başlıca olaraq  gündəmdə olan mövzuların müzakirəsinin gözlənildiyini deyib:

“Bura Ermənistan-Azərbaycan münaqişəsindən sonra tərəflər arasında sərhədlərin açılması, eləcə də İrəvan-İstanbul-İrəvan aviareysinin açılması kimi məsələlər daxildir. Qondarma soyqırım mövzusu da əsas istiqmətlərdən biri olacaq. Görüşə sayılı günlər qalsa da, indiki halda konkret nələrin müzakirə olunacağını təxmin etmək çətindir ”.