Texnologiya bizi necə izləyir? - DİQQƏTLİ OLUN!

 Son 10 ildə həyatımızın bir parçası olan internet sosial medianın sayəsində haqqımızda hər şeyi bilir.  Onlar "MKİ bu hesabları izləyir" paranoyası ilə birlikdə etdiyimiz hər şeydən xəbərdardırlar. Bizi həmişə narahat edən məsələlərdən biri də texnologiyanın bizi necə izləməsidir. Bəs, bu proses necə baş verir? 

 "Sherg.az"   "milliyet.com.tr"yə istinadən xəbər verir ki, telefonumuzda və ya kompüterimizdə istifadə etdiyimiz ,ünsiyyət qurduğumuz süni intellekt xidmətləri və bulud texnologiyaları bizi dinləyir. Bu xidmətlərlə edilən səsli zənglər bulud əsaslı serverdə qeydə alınır.
Yəqin ki, maraqlandığınız hər şeyi Google-dan soruşursunuz. Google-un sizin öyrənmək istədiyiniz şeylərdən tutmuş siyasi fikirlərinizə qədər hər cür məlumatı qeyd etdiyini bilirsinizmi? "Google" axtarış etdiyiniz hər cihazda məlumatlarınızı qeyd edir. Bunun yaxşı tərəfi odur ki, bu qeydlər ən azı Google və ya Gmail hesabınıza daxil olduqda yadda saxlanılır.




















Ağıllı televizorunuz gərəyindən bir az da çox ağıllı ola bilər. Təbii ki, smart televizorların smart adlandırılmasının bir səbəbi var. Ancaq bu, proqramları işlətdiyi və əyləncəli imkanlar təklif etdiyi üçün deyil.  Smart TV-lər ətrafdakı səsləri yaza və üçüncü tərəflə paylaşa bilər.  Smart TV-lər səssizcə bütün söhbətlərinizi dinləyir, ən açıq söhbətdən tutmuş televizor ətrafında danışdığınız ən gizli sirlərə qədər.
"SnapChat" yerinizi aşkar edə bilər. SnapChat tətbiqindəki Snap Maps funksiyası getdiyiniz yeri  dərhal aşkar edə bilər və dost siyahınızdakı hər kəs yer məlumatınıza daxil ola bilər. Məkanınızı bölüşmək istəmirsinizsə, SnapChat-dan "xəyal rejimində" istifadə etməlisiniz.  Belə olduqda proqram sizin yer məlumatlarınızı paylaşmır.





















"Facebook" sizin siyasi ideyalarınızdan çox şey bilir. Bir neçə il əvvəl Facebook məlumat qalmaqalının partlaması ilə platformadakı 87 milyon istifadəçinin məlumatlarının Böyük Britaniyada yerləşən Cambridge Analytica siyasi məsləhətçi şirkətinin əlinə keçdiyi üzə çıxmışdı."New York Times"a görə, Facebook kimin nəyi bəyəndiyini izləyir və buna uyğun olaraq sizi "ifrat liberal" və ya "ifrat mühafizəkar" kimi təsnif edir. Buna uyğun olaraq, ekranınızda hansı siyasi reklamın göstəriləcəyinə də qərar verir. Məsələn, Siyasi X namizədi “Reklamımı liberal düşüncəli istifadəçilərə yerləşdirin” deyərək Facebook-a pul ödəyir. Facebook-un sərt reallıqları bununla bitmir.  Android əməliyyat sistemi cihazlarından istifadə edən insanlar üçün Facebook Messenger proqramı zəng tarixçəsini və SMS məlumatlarını illər boyu saxlayır.